Jun 29, 2019 17:13 Asia/Baku
  • Ərəb ümumi fikri səud jurnalistinin fələstinlilərə hörmətsizliyindən hiddətlənib
    Ərəb ümumi fikri səud jurnalistinin fələstinlilərə hörmətsizliyindən hiddətlənib

Sosial şəbəkələrin istifadəçiləri səud jurnalistinin fələstinlilərə hörmətsizliyinə reaksiyada bildiriblər ki, səud rejiminin təzə başçılarının gizlində dediklərini bu jurnalist aşkarda dedi.

Səud jurnalisti Fəhd Əlşimri bir videoda Fələstin xalqını təhqir edərək deyib: Fələstin məsələsi həll olmayacaq və fələstinlilər arasındakı problemləri həll etmək heç kəsin xeyrinə deyildir.

Əlcəzirə telekanalının tanınmış aparıcısı Feysəl Əlqasim, Əlşimrinin sözlərinə reaksiyada deyib: O, ali-səud xanədanı və onların bəşəriyyətə zidd mövqeləri və təfəkkürləri üçün ən yaxşı nümayəndədir.

Sosial şəbəkələrin digər ərəb istifadəçiləri də bildiriblər ki, ali-səud rejimi öz dini və insanlığını satıbdır; onlar işğalçı sionist rejimlə dostluğu yaymağa çatıblar.

Səudiyyə Ərəbistanı bəzi digər ərəb ölkələri ilə yanaşı 2017-ci ildən bəri sionist rejimlə münasibətləri adiləşdirmək prosesinə qatılıb və səudiyyəli jurnalistlər və siyasi analitiklərin bir çoxu bu ölkə mətbuatında sionist rejimlə münasibətlərin adiləşdirilməsindən danışırlar.

 

 

Teqlər

Şərhlər