Jul 08, 2019 17:06 Asia/Baku
  • Sionist rejimin fələstinlilərə qarşı təcavüzkarlığının ildönümü

2014-cü il iyulun yeddisi, fələstinlilərin müqavimət simvolu günüdür, zira onlar sionist təcavüzkarlara möhkəm cavab verdilər.

2014-cü il iyulun yeddisi, sionistlərin fələstinlilərə qarşı qeyri-bərabər savaşının ildönümü günüdür. Həmin gün sionistlər quru, hava və dənizdən Fələstini öz mərmi və bombaları hədəfinə çevirdilər. Və  minlərlə nəfəri qanlarına qəltan etdilər. Bununla belə, bu gün həm də fələstinlilərin müqavimət simvolu günüdür. Zira fələstinlilər xüsusən quru döyüşlərində işğalçılara ağır cavab verdilər. Və sionist ordu malik olduğu bütün modern silahlarla ağrılı zərbələr aldı. Müsahibə(kişi): Bu, müqavimət cərəyanının qüdrətlə dayandığı və qələbəyə çevirdiyi əzabların ildönümüdür. Bu il bu günü elə bir halda qeyd edirik ki, müqavimət keçmişdəkindən daha güclü olubdur. Bu gün sionistlərin hərbi qəsəbələri və işğal olunmuş məntəqələr müqavimətin hədəfindədirlər və biz üstün mövqeyə malikik. İşğalçıların Fələstin xalqına qarşı savaşı və təcavüzü yüzlərlə əlil törədibdir. Amma düşmənin təcavüzü və əlilliklər, bütün çətinliklərə rəğmən, Qüds amalının izlənilməsində fələstinlilərin iradəsinə mane olmayıbdır və biz əlimizdən gələni edəcəyik. Müsahibə(kişi): Sionist düşmən yalnız bizim əllərimiz və ayaqlarımızı kəsə bildi, amma iradəmizi qıra bilmədi. Qəzzə əhalisi məzlumdur. Biz möhkəm və müqavimətliyik. İnşaallah, Qəzzə və Fələstin torpaqlarının sonuncu qarışının azad edilməsinədək mübarizəni davam etdirəcəyik. Müsahibə(kişi): 200-dən çox şəhid və 11 mindən çox yaralı sionistlərin vəhşiliklərindən söz açır. Bununla belə, biz öz müqavimətimizi davam etdirəcəyik, zira Qəzzə zolağına qarşı digər bir təcavüzün nişanələri müşahidə olunmaqdadır. İşğalçılar on üç ildir ki, Qəzzəni mühasirə etməklə öz təcavüzlərini davam etdirirlər.

5 il bundan öncə işğalçılar çalışdılar ki, əlligünlük savaş ilə Fələstin xalqının iradəsini qırsınlar, amma uğursuz qaldılar. Bu gün fələstinlilər bildirirlər: Nə qədər ki, işğalçılar mövcuddurlar, onların strateji seçimi, müqavimətdir.

 

 

 

Teqlər

Şərhlər