Jul 09, 2019 17:46 Asia/Baku
  • Qətərdə Amerikanın Taliban-la müzakirələrinin 7-ci turu bərpa olunub
    Qətərdə Amerikanın Taliban-la müzakirələrinin 7-ci turu bərpa olunub

Qətərdə keçirilən Amerikanın Taliban-la üzdəniraq sülh müzakirələrinin 7-ci turu iki gün fasilədən sonra bərpa olunubdur.

Amerikanın Taliban-la müzakirələrinin 7-ci turu ötən həftənin şənbə günü Qətərdə başlanıb. Bu müzakirələr bağlı qapılar arxasında və mediaların iştirakı olmadan davam edir.

Bu müzakirələr bazar və bazar ertəsi günləri Doha şəhərində Talibanla siyasi partiyalar arasındakı danışıqlara görə dayandırılmışdı. Bu danışıqlar dünən gecə bir qətnamə qəbul edərək, öz işini başa vurubdur.

Bu qətnamədə əfqanlar arasında təsirli müzakirələr, sülhün bərqərarı və müharibəyə son qoyulmasına təkid olunubdur.

Əfqanıstan hökuməti bu iclasın böyük qaibi hesab olunmaqda davam edir. Bu üzdən, onun razılaşmaları icraolunma qabiliyyətinə malik deyildir.

Şərhlər