Jul 10, 2019 12:28 Asia/Baku
  • Cari ildə 16 fələstinli uşaq şəhid olub
    Cari ildə 16 fələstinli uşaq şəhid olub

İnsan haqları mərkəzi bir hesabatda bildirib ki, cari ilin ilk yarısında sionist hərbçilərin atəşləri nəticəsində Qəzzə zolağında 16 fələstinli uşaq şəhid olub.

Bu məlumata görə, ötən altı ay ərzində sionist hərbçilərin atəşləri nəticəsində 1200-dən çox fələstinli uşaq da yaralanıbdır.

Sionist hərbçilər bu müddətdə 17 fələstinli uşağı da həbs ediblər..

Sionist rejim tərəfindən uşaqlar barədəki beynəlxalq müqavilələrin pozulması elə bir haldadır ki, bu rejim cari ilin ilk yarısında Qəzzə zolağındakı məktəbləri və müalicə mərkəzlərini 17 dəfə hücumlara məruz qoyubdur.

Fələstin statistika mərkəzi Fələstinin işğal edilməsinin 71-ci ildönümü münasibətilə yaydığı hesabatda 1948-ci ildən bəri yüz min fələstinlinin şəhid edilməsindən xəbər veribdir.

Teqlər

Şərhlər