Jul 10, 2019 14:03 Asia/Baku
  • Təcavüzkar səud koalisiyası Yəmənin Səədə əyalətinə qarşı hava hücumları keçirib
    Təcavüzkar səud koalisiyası Yəmənin Səədə əyalətinə qarşı hava hücumları keçirib

Təcavüzkar səud koalisiyasının qırıcıları 12 dəfə Yəmənin Səədə əyalətinin Kətaf və Baqəm məntəqələrinə hücum ediblər.

IRIB-nin Yəməndə Ənsarullah hərəkatının bir təhlükəsizlik mənbəyinə istinadlı məlumatına görə, səud ünsürləri həmçinin raket və artilleriya hücumlarında Səədə əyalətindəki Razəh məntəqəsinin bəzi hissələrini və Əlmənbə məntəqəsinin bəzi kəndlərini hədəfə alıblar.

Digər bir xəbərə görə, Yəmənin müqavimət qüvvələrinin vaxtlı hərəkətlərinin ardınca bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadidən asılı olan ünsürlərin Əlhudəydə əyalətinin Əltəhita məntəqəsinin şimalındakı səyləri uğursuz qalıbdır.

Digər bir məlumata görə, Yəmənin Marəb məntəqəsindəki silah satışı bazarında partlayış nəticəsində beş mülki həlak olub.

Şərhlər