Jul 10, 2019 21:35 Asia/Baku
  • Haaqa məhkəməsinin Fələstin ayırıcı divarının dağıdılmasına dair hökmünün ildönümü
    Haaqa məhkəməsinin Fələstin ayırıcı divarının dağıdılmasına dair hökmünün ildönümü

Qəsbkar sionist rejim, xalqı olmayan bir hökumət nümunəsidir. Başqa sözlə, ictimai əsasları olmayan siyasi qüdrətdir. Bu üzdən, özünün saxta varlığını qorumaq üçün fələstinlilərlə texnika mübarizəsinə başlayıbdır ki, ayırıcı divarın inşası onun nümunələrindən olaraq, repressiv sionist rejimin iztirabının dərinliyini göstərir.

15 il bundan öncə Haaqa beynəlxalq ədalət məhkəməsi sionist rejimdən istədi ki, ayrıcı divarı dağıtsın və bu divarın inşasından zərər çəkmiş fələstinlilərə kompensasiya ödəsin, amma dünya ictimaiyyəti bu qərarın icrası üçün heç bir addım atmadı və əvəzində, sionsit rejim onun tikintisini davam etdirdi.

Müsahibə(kişi): Sionist rejim həmişə beynəlxalq qanunları pozub. Bu rejim özünü qanundan yuxarı bilir. Haaqa məhkəməsi Fələstindəki cinayətlərə baxmaqda acizdir.

İşğalçı rejim uzunluğu 770 kilometr olan ayırıcı divarın inşasına 2002-ci ildə başladı və bu istiqamətdə fələstinlilərin ərazilərindən minlərdən çox hektarı müsadirə etdi. 180-dən çox kəndə xəsarət dəydi və yarım milyon fələstinli zərər çəkdi. Həmçinin bu divarın inşası fələstinli ailələri bir-birilərindən ayırdı. Qüdsü mühasirə etdi; 48-ci il məntəqələri ilə qərb sahili arasındakı əlaqələri kəsdi.

Müsahibə(qadın): Bizim evimizdən bu divaradək piyada 2-3 dəqiqəlik yol idi. İşğalçıların məqsədi, fələstinlilər arasında ayrılıq salmaqdır. Uşaqlar, böyüklər və qohumlar bir-birilərindən ayrıldılar.

Sionist rejim özünü qanundan yuxarı bilir və Haaqa məhkəməsinin ayırıcı divar barədəki qərarına, həmçinin Fələstin məsələsi ilə bağlı beynəlxalq qətnamələrin heç birinə məhəl qoymur.

Şərhlər