Jul 11, 2019 11:06 Asia/Baku
  • İşğal olunmuş Qüdsdə sionistlər üçün yaşayış binası tikiləcək

Sionist rejimin nazirlər kabineti işğal olunmuş Qüdsün cənubunda yerləşən "Gilo" qəsəbəsində sionistlər üçün 216 yeni yaşayış binasının tikilməsi barədəki layihəni qəbul edib.

Sionist rejimin çertyojçəkmə və tikinti komitəsi dünən 216 yaşayış binasına şamil olan 18 mərtəbəlik iki yaşayış göydələninin inşası ilə razılaşıbdır.

İşğal olunmuş ərazilərdə sionist qəsəbələrin salınması elə bir haldadır ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası sionist rejimin işğal olunmuş Fələstin ərazilərində sionist qəsəbə salmalarına son qoymaq məqsədilə 2016-cı il dekabrın 23-də bir qətnamə qəbul etdi.

Sionist rejim sionist qəsəbələr salmaq və fələstinlilərn mənzillərini dağıtmaqla fələstinli məntəqələrin coğrafi quruluşunu dəyişdirmək və bu məntəqələrə sionist görkəm vermək niyyətindədir ki, fələstinli məntəqələrdəki hökmranlığını təsbit etmiş olsun.

Teqlər

Şərhlər