Jul 12, 2019 14:50 Asia/Baku
  • İşğal olunmuş Qüdsdə fələstinlilərin aksiyası yatırılıb

Sionist rejim hərbçiləri işğal olunmuş Qüdsün yaxınlığındakı məntəqələrdə yaşayan və öz evlərinin dağıdılmasına etiraz edən fələstinlilərə basqın ediblər.

Sionist rejim hərbçiləri dünən etiazçı fələstinliləri döyərək, onlara tərəf atəş açıblar.

Sionist rejim bir müddətdir, işğal olunmuş Qüdsün yaxınlığındakı fələstinli evlərini dağıtmağa başlayıbdır ki, onları bu məntəqəni tərk etməyə məcbur etmiş olsun.

Sionist rejim fələstinli məntəqələri, xüsusən işğal olunmuş Qüdsü yəhudiləşdirmək siyasətini müxtəlif hiylə və üsullar, o cümlədən tikinti icazəsinin olmaması iddiası ilə həyata keçirir.

Bununla bağlı, sionist rejimin nazirlər kabineti də işğal olunmuş Qüdsün cənubundakı qanunsuz Qilo sionist qəsəbəsində 216 yeni yaşayış binasının inşa layihəsini qəbul edibdir.

Teqlər

Şərhlər