Jul 12, 2019 14:59 Asia/Baku
  • Ərəbistan hərbçiləri yəmənli qüvvələrə məğlub olublar

Yəmənli qüvvələr bir əməliyyatda ərəbistanın ordu qüvvələrini məğlub edərək, onların bu ölkə ərazisindəki hərbi mövqeləri və bazalarını öz nəzarətləri altına alıblar.

Yəmənli qüvvələr dünən bir əməliyyatda bu bazaları ərəbistanın cənubunda yerləşən Cizan şəhərinin əl-Dud məntəqəsində ələ keçiriblər.

Belə bir halda, Yəmənin ordusu və xalq komitələrinin snayperləri də ötən saatlarda ərəbistanın Cizan və Nəcran əməliyyat istiqamətlərində 14 səud hərbçisini hədəfə alaraq, öldürüblər.

Digər tərəfdən, ərəbistan ordusunun qırıcı-bombardmançı təyyarələri də Yəmənin şimal-qərbində yerləşən Səədə əyalətinin Baqəm rayonunu bombalayıblar.

Hələ bu hücumun törətdiyi ehtimal olunan tələfat haqda bir məlumat yayılmayıbdır.

 

Şərhlər