Jul 13, 2019 20:38 Asia/Baku
  • Yəməndə səud təcavüzkarlarına qarşı aksiya keçirilib
    Yəməndə səud təcavüzkarlarına qarşı aksiya keçirilib

Yəmən xalqı aksiya keçirərək, səud təcavüzkarlarının bu ölkənin şərqində yerləşən Əlməhrəh əyalətindən tam şəkildə çıxmalarını istəyibdir.

Bu aksiyada iştirak edənlər əllərində plakatlar tutaraq, Əlməhrəh əyalətində səud rejiminin tabeliyində olan ünsürlərin hərəkətlərinə etiraz ediblər.

Etirazçılar Əlməhrəhin əmirliklərin və ərəbistanın işğalı altına getməyəcəyini bildirərək, bu əyalətin icra başçısının kənarlaşdırılmasını tələb ediblər.

Səud təcavüzkarları 2017-ci ilin noyabrında Əlməhrəh əyalətinə girərək, bu əyalətin hava limanını hərbi bazaya çevirdilər.

Əlməhrəh əyaləti 2018-ci ilin aprelindən bəri səud hərbçilərinə qarşı aksiyaların şahididir.

 

Teqlər

Şərhlər