Jul 15, 2019 17:53 Asia/Baku
  • Qolan sakinlərinin etirazı
    Qolan sakinlərinin etirazı

İşğal olunmuş Qolan məntəqəsinin sakinləri bu məntəqədəki əkin sahələrinin qəsb olunması və külək turbinlərinin quraşdırılması layihəsi ilə mübarizə istiqamətində etiraz aksiyası keçiriblər. Onlar bu mübarizədə ciddidirlər.

İşğal olunmuş Qolan məntəqəsinin sakinləri bu məntəqədən kənar ilk etiraz hərəkətində işğal olunmuş Qüdsə yola düşüblər ki, öz etirazlarını sionist rejim başçılarına və medialara çatdırmış olsunlar.

Məsafənin uzunluğu və gecənin qaranlığı bais olubdur ki, işğal olunmuş Qolan məntəqəsinin sakinləri etirazdan əl çəkmiş olsunlar. Onlar gecə ilə işğal olunmuş Qüdsə tərəf hərəkət ediblər.

İşğal olunmuş Qolan məntəqəsinin sakinlərindən olan İmad İbrahim deyib: Külək turbinlərinin quraşdırılması layihəsinin icrasında məqsəd, işğal olunmuş Qolan məntəqəsinin yəhudiləşdirilməsi və bizim ərazilərimizin qəsb edilməsidir. Onlar bizi öz diyarımızdan çıxarmaq istəyirlər, amma biz öz diyarımızda qalmaq üçün can verməyə hazırıq.

İşğal olunmuş Qolan məntəqəsinin sakinlərindən digər birisi Suleyman Məri işğal olunmuş Qüdsdə iştirakda məqsədini öz diyarı və ailəsini himayə və mühafizə adlandırıb və deyib: Bu iş üçün daha uzun məsafələri getməyə hazırıq.

Şərhlər