Jul 17, 2019 08:59 Asia/Baku
  • Yəmənlilər səudların mövqelərinə qarşı PUA hücumları keçiriblər
    Yəmənlilər səudların mövqelərinə qarşı PUA hücumları keçiriblər

Yəmənin ordusu və xalq komitələrinin PUA bölməsi dünən gecə ərəbistanın cənubundakı Əsir əyalətində yerləşən "Məlik Xalid" bazası və Cizan hava limanını hədəfə alıb.

Yəmən silahlı qüvvələrinin sözçüsü bildirib ki, Yəmən orudusunun "Qasif K2" pilotsuzları qırıcıların yerləşdikləri məkanları, mühüm və həssas hərbi hədəfləri, eləcə də "Məlik Xalid" hava bazasını bombardman ediblər.

Yəhya əl-Səri bildirib ki, yəmənlilərin pilotsuz hüucmları Cizan hava limanında uçuşların dayanmasına səbəb olub. O, deyib ki, Cizan hava limanını hədəfə almaq məzlum Yəmən xalqının mühasirəsinə cavab çərçivəsində həyata keçirilibdir.

Yəmən silahlı qüvvələrinin sözçüsü bu ölkə ordusunun pilotsuz bölməsinin bu uğurlu əməliyyatından sonra vurğulayıb: Təcavüzkarlar üçün Yəmənin daxili və xaricində heç bir təhlükəsiz məkan mövcud deyildir.

Şərhlər