Jul 18, 2019 08:26 Asia/Baku

Ümumdünya Səhiyyə Təşkilatı dünən bildirib ki, Qəzzə zolağında "Qayıdış haqqı" yürüşünün başlanmasından bəri sionist rejim hərbçiləri tərəfindən 313 fələstinli şəhid edilib, təqribən otuz min nəfər də yaralanıbdır.

Dinc mahiyyətli Qayıdış haqqı yürüşü "Yer günü" münasibətilə 2018-ci il martın 30-da Qəzzə zolağında başlayaraq, indi də keçirilməkdədir. 

Bir çox ölkələr, o sıradan İran İslam Respublikası, eləcə də beynəlxalq təşkilatlar sionistlərin bu cinayətini pisləyiblər. 

Fələstinlilərin "yer günü"nün ildönümündə hər il keçirilən yürüşü sionist rejimin 1976-cı il martın otuzunda fələstinlilərin ərazilərinin müsadirəsi sahəsindəki qərarını xatırladır.

Sionist rejim fələstinlilərin ərazilərini müsadirə edib, orada sionistsakinli qəsəbələr tikməklə fələstinli məntəqələrin coğrafi quruluşunu dəyişdirmək və bu məntəqələrə sionist görkəm vermək niyyətindədir ki, fələstinli məntəqələr üzərindəki hökmranlığını təsbit etmiş olsun.

Teqlər

Şərhlər