Jul 26, 2019 10:21 Asia/Baku
  • Həmas M. Abbasın sionist rejimə qarşı addımını alqışlayıb

Fələstin İslami Müqavimət Hərəkatı-Həmas Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbasın sionist rejimlə razılaşmaları dayandırmaq üzrə addımını düzgün istiqamətdə atılan addım adlandırıb.

Mahmud Abbas bu gün Amerika hökumətinin sionist rejimi himayə etdiyini bildirərək, vurğulayıb ki, Fələstin Muxtariyyəti sionist rejimlə razılaşmaları dayandıracaqdır.

Həmçinin Fələstin İslami Müqavimət Hərəkatı-Həmas-ın üzvü Musa Dudin deyib: Sionistlərin cinayət və işğlaçılıqlarının davam etməsi fələstinlilərin öz ana diyarlarında qalmaq və onu müdafiə etmək üzrə iradəsini zəiflətməyəcəkdir.

Musa Dudin əlavə edib: Fələstin Muxtariyyəti sionist işğalçıların Qüdsdə fələstinlilərin mənzillərini dağıtmaq üzrə hərəkəti qarşısında qətiyyətli mövqe tutmalıdır ki, Fələstin xalqının tələblərinə cavab vermiş olsun.

Sionist rejim ötən bazar ertəsi günündən bəri fələstinlilərin işğal olunmuş Qüdsün cənub-şərqindəki "Vadi Əlhums" məntəqəsində yerləşən təqribən yüz ədəd mənzilini dağıtmağa başalayıbdır.

Teqlər

Şərhlər