Aug 10, 2019 21:30 Asia/Baku
  • İranlı diplomat Zərifin sanksiyasına qarşı beynəlxalq hərəkətə çağırıb
    İranlı diplomat Zərifin sanksiyasına qarşı beynəlxalq hərəkətə çağırıb

İşğalçı sionist rejim hərbçilərinin Qəzzə zolağının mərkəzində yerləşən Dəyrulbələh məntəqəsinin şərqinə qarşı hücumunda dörd fələstinli şəhid olub.

Sionist rejim ordusunun bu gün səhər tezdən Dəyrulbələh məntəqəsinə qarşı hücumundan sonra bu rejim qırıcıları Qəzzə zolağındakı gözətçi qülləsinə hücum ediblər.

Sionist rejim qırıcıları və artilleriyası son günlər dəfələrlə Qəzzə zolağının müxtəlif məntəqələrini hədəfə alıblar.

Sionist rejim 2017-ci ilin dekabrından bəri Qəzzə zolağına qarşı hava hücumlarının yeni mərhələsini gündəmə gətiribdir. Bu hücumlarda indiyə kimi minlərlə fələstinli şəhid olub və yaralanıbdır.

Qəzzə zolağı 2006-cı ildən bəri sionist rejimin dəniz, hava və quru mühasirəsi altındadır və bu zolağın sakinləri bir çox problemlə üzləşirlər.

Teqlər

Şərhlər