Aug 11, 2019 17:44 Asia/Baku
  • Səud qırıcılarının hücumunda 19 nəfər ölüb və yaralanıb
    Səud qırıcılarının hücumunda 19 nəfər ölüb və yaralanıb

Səud koalisiyasının qırıcıları Yəmənin Həccə əyalətində bir neçə mənzili bombalayaraq, səkkiz mülkini öldürüb, on bir nəfəri də yaralayıblar.

Səud koalisiyasının qırıcıları bu gün səhər üç mərhələdə Yəmənin Həccə əyalətində yerləşən Əlsəvamil məntəqəsindəki Hirz şəhərində yerləşən mənzilləri bombardman ediblər.

Bu məntəqədə evlərin tam şəkildə dağılmasına görə, hələ ölən və yaralananların son sayı müəyyənləşdirilməyibdir.

Yerli mənbələrin bildirdiklərinə görə, bu bombardman zamanı ölən və yaralananların çox hissəsini uşaqlar və qadınlar təşkil edirlər.

Səudiyyə Ərəbistanı ABŞ, əmirliklər və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi təcavüz etdi və bu ölkəni quru, dəniz və hava mühasirəsi altına aldı.

 

Şərhlər