Aug 11, 2019 19:17 Asia/Baku
  • Qəzzə zolağında bir fələstinli şəhid olub
    Qəzzə zolağında bir fələstinli şəhid olub

Bir fələstinli gənc bu gün səhər sionist hərbçilərin atəşləri ilə Qəzzə zolağının şimalında şəhid olub.

Sionist mənbələr iddia ediblər ki, bu rejim hərbçiləri Qəzzə zolağının şimalındakı bufer divara yaxınlaşmaqda olan bir fələstinli gənci hədəfə alıblar.

Həmçinin Əlməyadin telekanalının məlumatına görə, işğalçı sionist rejimin artilleriyası bu gün səhər tezdən Qəzzə zolağının şimalındakı Beyt-Hanun şəhərinin şərqində yerləşən hədəfləri nişan alıbdır.

Şərhlər