Aug 12, 2019 07:31 Asia/Baku
  • 1750 sionist qəsəbə sakini Məsciduləqsaya basqın edib
    1750 sionist qəsəbə sakini Məsciduləqsaya basqın edib

Sionist rejimin daxili xəfiyyə naziri dünən gecə Qurban bayramında Məsciduləqsaya basqın etmiş sionist qəsəbə sakinlərinin sayını 1750 nəfərdən çox elan edib.

Gilad Erdan deyib ki, 1750 nəfərdən çox sionist qəsəbə sakini bazar günü sionist hərbçilərin himayəsilə Məsciduləqsaya daxil olub.

Sionist hərbçilər və sionist qəsəbə sakinləri səadətli Qurban bayramı günündə Məsciduləqsaya basqın edərək, azı 65 fələstinlini yaralayıblar.

Qüdsü işğal etmiş rejimin hərbçiləri həmçinin Məsciduləqsada bir qrup fələstinli namazqılanı həbs ediblər.

Dünən 120 mindən çox fələstinli səadətli Qurban bayramı namazı qılmaq üçün Məsciduləqsaya gəlmişdi.

Sionist rejim son bir neçə gün ərzində sionistlərdən istəmişdi ki, Qurban bayramında geniş şəkildə Məsciduləqsaya basqın etsinlər.

İran İslam Respublikasının xarici işlər naziri dünən axşam sionist rejim hərbçilərinin Məsciduləqsaya hücum edib, səadətli Qurban bayramı günündə fələstinliləri döymələrinə reaksiyada twitter-də yazmışdı ki, müsəlmanlar bu zülmə son qoymaq üçün birləşməlidirlər.

Məsciduləqsa son illərdə Beytulmuqəddəsin islami və xristian mahiyyətini aradan götürmək və onu sionist simvollarla əvəz etmək üçün sionist qəsəbə sakinlərinin və sionist hərbçilərin cövlangahına çevrilibdir.

1967-ci ildən sionist rejimin işğalında olan Qüds Fələstinin ayrılmaz hissəsi və ən mühüm üçlü müqəddəs islami məkanlardan sayılır.

Şərhlər