Aug 12, 2019 12:04 Asia/Baku
  • Yəmənlilər
    Yəmənlilər "Məlik Xalid" bazasına hücum ediblər

Yəmənin ordusu və xalq komitələrinin pilotsuz bölməsi bu gün səhər tezdən ərəbistanın Əsir vilyayətində yerləşən "Məlik Xalid" hərbi bazasını hədəfə alıb.

Yəmən silahlı qüvvələrinin sözçüsü bildirib ki, Yəmən ordusunun "Qasif-2" pilotsuzları "Məlik Xalid" hava bazasındakı qırıcıların anqarı, silah və təchizat anbarlarını bombardman ediblər.

Yəhya əl-Səri qeyd edib ki, bu hücum düşmənin cinayətlərinə, həmçinin təcavüzkar səud koalisiyasının Yəmənə qarşı hücumlarının davam etməsinə cavab olaraq edilibdir.

Cizan və Əbha hava limanları, həmçinin "Məlik Xalid" hava bazası son həftələrdə dəfələrlə Yəmənin ordusu və xalq komitələrinin pilotsuz və raket bölmələri tərəfindən hədəfə alınıblar.

Bu iki hava limanı, həmçinin "Məlik Xalid" hava bazası səud koalisiyasının Yəmənə qarşı hücumlarında qırıcıların yanacaqdoldurma və himayə məkanı kimi istifadə olunur.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

 

Şərhlər