Aug 13, 2019 14:03 Asia/Baku
  • Sionist rejim Həmas-ın intiqamından qorxur
    Sionist rejim Həmas-ın intiqamından qorxur

Sionist rejim ordusu ötən üç gün ərzində Qəzzə zolağında altı fələstinlinin şəhid olmasına reaksiyada Həmas hərəkatının intiqam mahiyyətli hücumlarından qorxuya düşərək, bu məntəqə sərhədlərindəki "dəmir günbəz" adlı zenit raket sistemlərini gücləndiribdir.

İşğal olunmuş ərazilərin cənubunda "dəmir günbəz" sistemindən yeni platformaların quraşdırılması Fələstin müqavimətinin cavab raket hücumlarının qorxusundan həyata keçirilibdir.

Ötən cümə günündən bəri altı fələstinli sionist hərbçilərin atəşləri ilə şəhid edilibdir.

Sionist "Haarets" qəzeti yazıb ki, sionist rejimin baş naziri Benyamin Netanyahu bu rejim parlamenti- knesset-ə qarşıdakı seçkilərdən öncə Qəzzədə Fələstin müqavimətilə hərbi qarşılaşmadan qorxur.

Bu sionist qəzet sionist rejimin bütün sağçı və solçu partiyalarının Netanyahunun Qəzzə qarşısındakı siyasətlərini tənqid etmələrinə işarə edərək, əlavə edib: Təcrübə göstəribdir ki, sionist rejimin baş naziri hər dəfə Həmas müqaviməti ilə hərbi toqquşmadan sonra məğlub olubdur.

Bundan öncə də sionist rejimin fəhlə partiyasının sədri Əmir Birts etiraf etmişdi ki, bu rejimin baş naziri Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-la qarşılaşmaqdan qorxur.

Teqlər

Şərhlər