Aug 13, 2019 21:29 Asia/Baku
  • Ali-səud məhbəslərində ikinci siyasi fəal ölüb
    Ali-səud məhbəslərində ikinci siyasi fəal ölüb

Ərəbistanda "əqidə məhbusları" adlı internet istifadəçisi hesabı bu ölkənin siyasi məhbuslarından digər birisinin həkim səhlənkarlığı üzündən ölməsindən xəbər verib.

Bu istifadəçi hesabı əlavə edib: Çoxdandır ərəbistanın əl-Qəsim əyalətindəki əl-Tərfiyyə zindanında həbsdə olan səudiyyəli siyasi məhbus Əhməd əl-Şayə xəstəlik və tibbi nəzarətin olmaması üzündən dünən həyatını itirib.

Bu məlumata görə, bu, son günlər ali-səud məhbəslərində həyatını itirən ikinci məhbusdur.

Ötən günlərdə də səudiyyəli ruhani Salih əl-Zəmiri həkim səhlənkarlığı üzündən əl-Tərfiyyə siyasi zindanında vəfat etmişdi.

Şərhlər