Aug 16, 2019 10:58 Asia/Baku
  • Yəmən ordusu Əlxubə şəhərinin yüksəkliklərində yerləşib
    Yəmən ordusu Əlxubə şəhərinin yüksəkliklərində yerləşib

Yəmən silahlı qüvvələrinin sözçüsündən bir videoçarx yayılıb. Bu videoçarx göstərir ki, o, Ərəbistanın cənubundakı Əlxubə şəhərinin ətrafındadır.

Yəmən ordusu və xalq komitələrinin sözçüsü Ərəbistanın cənubundakı Əlxubə şəhərində olaraq, səud rejimindən istəyibdir ki, Yəmən xalqına qarşı təcavüzə son qoysun və beş il hərtərəfli məğlubiyyət və uğursuzluqdan dərs alsın.

Yəhya Səri əlavə edib: Biz hazırda Ərəbistanın cənubunda yerləşən Əlxubə şəhərinə çıxan mövqelərdəyik ki, onu bizim qarşımızda görürsünüz. Bura, Əlməud yüksəklikləridir. Bu məntəqənin əksər kəndləri və əkin sahələri Yəmən ordusu və xalq komitələrinin nəzarəti altındadır. Yerdə qalan məntəqələr, o sıradan Əlxubə şəhəri də Yəmən ordusu və xalq komitələrinin atəşləri altındadırlar.

 

Şərhlər