Aug 17, 2019 15:39 Asia/Baku
  • Yəmən ordusu Ərəbistanın

Yəmənin ordusu və xalq komitələri təcavüzkar səud koalisiyasının son hücumlarına cavab olaraq, on ədəd pilotsuz ilə ərəbistan milli neft şirkəti- ARAMKO-nun tabeliyində olan "əl-Şəybəh" neft yatağı və neftayırma zavodunu hədəfə alıblar.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bu gün Yəmənin ən böyük PUA əməliyyatını şərh edərək, bütün ərəbistan vətəndaşları və şirkətlərindən istəyibdir ki, ərəbistanın həyati nöqtələri və mövqelərindən uzaqlaşsınlar.

Yəhya Sərinin sözlərinə görə, "əl-Şəybəh" neft yatağı və neftayırma zavodu bir milyard barrel neft tutumuna malik ərəbistanın ən böyük neft anbarıdır.

Yəmən silahlı qüvvələrinin sözçüsü səud rejiminə və Yəmənə təcavüz etmiş ölkələrə xəbərdarlıq edərək, vurğulayıb: Yəmənə qarşı təcavüzkarlığın davam edəcəyi təqdirdə, daha geniş əməliyyat həyata keçiriləcəkdir.

Teqlər

Şərhlər