Aug 19, 2019 20:34 Asia/Baku
  • Suriyanın şimal-qərbində Türkiyə ordusunun hərbi karvanına hücum edilib
    Suriyanın şimal-qərbində Türkiyə ordusunun hərbi karvanına hücum edilib

Türkiyə ordusunun hərbi karvanı Suriyanın şimal-qərbində hava hücumuna məruz qalıb.

Türkiyənin müdafiə nazirliyi bildirib ki, bu ölkənin hərbi avtomobillər karvanı bu gün Suriyanın şimal-qərbindəki gözətçi postuna tərəf hərəkəti zamanı hava hücumuna məruz qalıbdır ki, nəticədə üç mülki ölüb, on iki nəfər də yaralanıbdır.

Türkiyənin müdafiə nazirliyi bu hücumun amillərinə heç bir işarə etməyibdir.

Türkiyənin xarici işlər nazirliyi də bu gün bu hücuma reaksiya olaraq verdiyi müraciətdə bildirib ki, Türkiyə Suriyada öz hərbi karvanına qarşı hücumu qətiyyətlə pisləyir.

Türkiyənin Suriyanın şimal-qərbindəki bu hərbi iştirakı elə bir haldadır ki, Dəməşq bu iştirakı işğalçı və qanunsuz adlandıraraq, Türkiyənin ordu qüvvələrinin Suriya ərazisindən çıxmalarını istəyibdir.

Şərhlər