Aug 20, 2019 14:20 Asia/Baku
  • Nablusda beş fələstinli yaralanıb

Fələstinli mənbələr İordan çayının qərb sahilində yerləşən Nablus şəhəri sakinlərindən beş nəfərin sionist hərbçilərlə toqquşmada yaralanmasından xəbər veriblər.

Bu məlumata görə, yüzlərlə sionist qəsəbə sakininin Nablusda Həzrət Yusif(ə)-ın məqbərəsinə basqın etməsi və sionist hərbçilərin fələstinli gənclərlə toqquşması nəticəsində beş fələstinli yaralanıb.

Digər bir xəbərə görə, sionist hərbçilər Ramullahın Əlbirə və Beyt Rima məntəqələrinə, həmçinin Əlxəlil şəhərində yerləşən Əldurə məntəqəsinə basqın ediblər. Bu basqın zamanı 23 fələstinli həbs olunub.

Teqlər

Şərhlər