Aug 22, 2019 07:42 Asia/Baku
  • Əlhəşduşşəbi rəsmisi: Sionist rejim pilotsuzları Azərbaycan Respublikası vasitəsilə İraq torpağına daxil olublar

İraqda xalq səfərbər qüvvələr təşkilatı- Əlhəşduşşəbi bir bəyanatda Amerikanın İraqın hərbi bazalarında baş vermiş son hadisələrdə məsuliyyət daşıdığını bildirib.

Əlhəşduşşəbi-nin sədr müavini Əbu Mehdi Əlmuhəndis çərşənbə günü bildirib ki, Amerika İraqın hərbi qərargahlarına hücum etmək üçün dörd sionist pilotsuz uçan aparat gətiribdir. O, əlavə edib: İraqda terror qruplarının yetişdirilməsində rol oynamış Amerika hazırda İraqın suverenliyini pozmaq və Əlhəşduşşəbini hədəfə almaq niyyətindədir.

Əlmuhəndis vurğulayıb ki, bu gündən sonra İraq hökumətinin məlumatı olmadan Əlhəşduşşəbi-nin qərargahları üzərində uçacaq hər bir təyyarə düşmən təyyarə hesab olunacaq. O, əlavə edib: Amerika İraq təyyarələrinə qarşı parazit göndərdiyi bir halda, özünün və sionist rejimin qırıcılarına təcavüz icazəsi verir.

İraqın xalq səfərbər qüvvələr təşkilatının informasiya müdiri Məhənd Əluqabi dünən Livanın Əlməyadin telekanalı ilə müsahibədə bildirib ki, İraqda Əlhəşduşşəbinin mərkəzlərinə hücum planı amerikalılar tərəfindən hazırlanaraq, sionist rejim vasitələri ilə həyata keçirilibdir.

Məhənd Əluqabi deyib: İraqın xalq səfərbər qüvvələr təşkilatı mötəbər məlumata malikdir ki, sionist rejim pilotsuzları Azərbaycan Respublikası vasitəsilə İraq torpağına daxil olublar.

İraqda “Əsaib Əhl-ul-Həqq” hərəkatının baş katibi Qeys Əlxəzəli də deyib: İraqın təhlükəsizliyini bir daha hədəfə almaq niyyətində olan hər bir kəs ehtiyatlı olmalıdır.

İraq mediaları çərşənbə axşamı günü gecə Əlhəşduşşəbi-nin bu ölkənin şimalındakı Səlahəddin vilayətində yerləşən “Bələd” hava bazasındakı sursat anbarında partlayış və yanğından xəbər verdilər.

 

 

Teqlər

Şərhlər