Aug 23, 2019 08:32 Asia/Baku
  • İraq Hizbullahı Amerikaya xəbərdarlıq edib

İraq Hizbullahının batalyonları dünən gecə bu ölkənin Bələd hava bazasındakı son partlayışa cavab olaraq, bildiriblər ki, Amerika qüvvələrinin bölgədəki bütün bazaları bu qrupun raketlərinin hədəfində yerləşirlər.

İraq Hizbullahının batalyonları bir bəyanatda Amerikanın İraq hadisələrində məsuliyyət daşıdığını bildiriblər: Sonuncu dəfə amerikan düşmənə xəbərdarlıq edirik ki, müqavimətin mövqelərinə qarşı hər cür yeni hücum kəskin və dağıdıcı cavab alacaqdır.

İraq mediaları çərşənbə axşamı günü gecə Əlhəşduşşəbi-nin bu ölkənin şimalındakı Səlahəddin vilayətində yerləşən “Bələd” hava bazasındakı sursat anbarında partlayış və yanğından xəbər verdilər.

Bu, son bir həftədə Əlhəşduşşəbi-nin sursat anbarlarında baş verən ikinci partlayışdır.

Bəzi medialar və iraqlı rəsmilər bu hadisələrin mənşəyini xarici adlandırıblar.

Belə bir halda, Əlhəşduşşəbi-nin komandanlığı dünən bildirib ki, bu təşkilatın Bağdadın ətrafında yerləşən 12-ci diviziyasının qərargahı üzərində bir pilotsuz casusluq təyyarəsini izləyərək, vurubdur.

Ötən bir ay ərzində Əlhəşduşşəbi-nin bir neçə qərargahı və sursat anbarında partlayış nəticəsində İraqın xalq səfərbər qüvvələr təşkilatının sədr müavini Əbu Mehdi Əlmuhəndis çərşənbə günü bir bəyanatda bildirdi ki, bu hadisələrdə Amerikanın əli var və Əlhəşduşşəbi-nin mərkəzləri üzərində hər cür naməlum pilotsuz uçar və bu məsələ təkrar olarsa, onunla mübarizə aparılacaqdır.

Əlhəşduşşəbi 2014-cü ildə, İŞİD terror qrupunun İraqın bəzi məntəqə və şəhərlərini işğal etməsindən sonra İraq şiələrinin ali dini mərcəyi Ayətullah Sistaninin fitvası ilə təşkil olundu və 2016-cı ildə bu ölkə parlamentinn razılığı ilə İraq silahlı qüvvələrinin baş komandanlığı altına keçdi.

 

Teqlər

Şərhlər