Aug 24, 2019 15:36 Asia/Baku
  • Yəmən ordusu
    Yəmən ordusu "məlik xalid" hava bazasına qarşı pilotsuz hücumu həyata keçirib

Yəmən silahlı qüvvələrinin sözçüsü bu gün səhər "Qasif 2K" tipli hücumçu pilotsuzla ərəbistanın "Xəmis Məşit" bölgəsində yerləşən "məlik xalid" hava bazasına qarşı hücumun həyata keçirilməsindən xəbər verib.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri öz twitter səhifəsində yazıb: Bu hücumlarda qırıcıların saxlanıldığı anqar və onların üçuş platforması dəqiq surətdə hədəfə alınıb. Nəticədə Ciddə və Əbha aerodromlarından həyata keçirilən iki uçuş öz marşrutunu dəyişməyə məcbur olubdur.

Onun sözlərnə görə, "məlik xalid" hava bazasına qarşı hücum səud koalisiyasının cinayətlərinə və Yəmən xalqına qarşı mühasirənin davam etməsinə cavab olaraq, həyata keçirilib.

Yəmən silahlı qüvvələrinin sözçüsü həmçinin deyib: Bu gün aviasiya və hava hücumundan müdafiə qüvvələrinin xüsusi mərasimində iki zenit raket sisteminin təqdimatı olub.

O, əlavə edib: İlk dəfə olaraq, "MQ9" amerikan qırıcısına qarşı son əməliyyat daxil olmaqla pilotsuzların hədəfə alınmaları və vurulmaları barədə təsvirlər nümayiş etdiriləcək.

Teqlər

Şərhlər