Aug 25, 2019 17:50 Asia/Baku
  • Əlhəşduşşəbi-nin qərargahı üzərində bir casusluq pilotsuzu vurulub
    Əlhəşduşşəbi-nin qərargahı üzərində bir casusluq pilotsuzu vurulub

İraqın hərbi mənbələri Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərində Əlhəşduşşəbi qüvvələrinin qərargahı üzərində bir casusluq pilotsuzunun vurulmasından xəbər veriblər.

Casusluq pilotsuzunun Mosul şəhərində İraqın Əlhəşduşşəbi təşkilatının 50-ci diviziyasının qərargahına yaxınlaşmasından sonra bu qərargahın qüvvələri həmin pilotsuzu hədəfə alaraq vura bildilər.

Ötən cümə axşamı günü də İraqın Əlhəşduşşəbi qüvvələri bu qüvvələrin 12-ci diviziyasının qərargahı üzərində bir casusluq pilotsuzunu vurdular.

Ötən bir ay ərzində İraqın Əlhəşduşşəbi qüvvələrinə aid olan silah anbarları və onların mövqeləri dörd dəfə partlayışa və yanğına düçar olublar.

İraqın xalqı və məsul şəxsləri Amerikanı və sionist rejimi bu hücumların əsas amilləri hesab edirlər.

Teqlər

Şərhlər