Aug 25, 2019 21:32 Asia/Baku
  • Livan prezidenti sionist rejimin Beyrutun cənubuna təcavüzünü pisləyib
    Livan prezidenti sionist rejimin Beyrutun cənubuna təcavüzünü pisləyib

Livan prezidenti sionist rejim pilotsuzlarının Beyrutun cənubuna təcavüzünü pisləyib və onu sionist rejimin təcavüzkar məqsədlərinin nişanəsi adlandırıb.

İnformasiya mənbələri bu gün səhər tezdən Beyrutun cənubunda yerləşən Zahiyyə məntəqəsində sionist rejimin iki PUA-nın öncədən təyin olunmuş hədəflərə qarşı uğursuz hücumdan sonra süqut etməsindən xəbər veriblər.

Livan prezidenti Mişel Oun sionist rejimin PUA hücumlarına reaksiyada deyib ki, bu hadisə Livanda və bölgədə sülh və sabitliyin hədəfə alınması üçün yeni bir dəlildir.

Teqlər

Şərhlər