Aug 26, 2019 20:26 Asia/Baku
  • ABŞ Fələstini ölkələr siyahısndan çıxardı

ABŞ dövlət departamentinin vebsaytı qeyri-adi bir hərəkətdə Fələstini ölkələr və məntəqələr siyahısndan çıxardı.

Son zamanlaradək Fələstinin adı ABŞ dövlət departamenti vebsaytının bir məkanında Fələstin muxtariyyəti və ya Fələstin torpaqları adı altında mövcud idi. Amma bu departament göstəriş veribdir ki, Fələstin ərəbləri ilə bağlı "işğal olunmuş ərazilər" ifadəsinə şamil olan hər cür müraciət silinsin.

Fələstin muxtariyyətinin sözçüsü Nəbil Əbu Rudəynə bir bəyanatda Amerikanın bu hərəkətini pisləyərək, onun sionist rejimin ekstremist sağ təmayüllü fikirləri ilə eyniisiqamətdə olduğunu bildirib və deyibdir ki, bu məsələ Amerikanın xarici siyasətində misli görünməmiş geriyədönmə və məhvolmadır.

Nəbil Əbu Rudəynə Amerikanın bu hərəkətini "Fələstin əraziləri" termininin işlədilməməsi ilə başlanan və "işğal olunmuş ərazi" terminindən istifadə edilməməsi ilə davam edən Fələstin işinin və onun xalqının aradan götürülməsi üzrə  məyuscasına səylər zənciri çərçivəsində dəyərləndirib.

Teqlər

Şərhlər