Aug 28, 2019 08:59 Asia/Baku
  • Qəzzədə üç partlayış; iki fələstinli şəhid olub

Fələstinli mənbələr bu gün səhər tezdən Qəzzə zolağında üç partlayışın baş verməsindən xəbər veriblər.

Fələstinli mənbələr bildiriblər ki, bu üç partlayışda azı iki fələstinli şəhid olub, bir neçə nəfər də yaralanıbdır.

Bu məlumata görə, ilk partlayış sionist rejimin Qəzzə zolağının qərbində bir motosikletə hücumndan sonra baş verib.

İkinci partlayış da Qəzzə zolağının qərbində baş verib ki, nəticədə bir neçə polis yaralanıbdır.

Üçüncü partlayış isə Qəzzə zolağının cənubundakı Əl-Zəhra bölgəsində baş verib. Bu partlayışda da bir neçə polis yaralanıbdır.

Bu partlayışların mahiyyəti və dəlili əlaqədar rəsmilər tərəfindən araşdırılmaqdadır.

Teqlər

Şərhlər