Aug 31, 2019 12:14 Asia/Baku
  • Ənsarullah: Əmirliklərin etirafı Yəmənə qarşı savaşın qanunsuz olduğunu sübuta yetirdi
    Ənsarullah: Əmirliklərin etirafı Yəmənə qarşı savaşın qanunsuz olduğunu sübuta yetirdi

Yəmən Ali İnqilab Komitəsinin sədri deyib: Əmirliklərin başçılarının terrorçu adlandırdıqları kəslərə hücuma dair sözləri səud koalisiyasının Yəməndəki qanunsuz savaşına bir təsdiqdir.

Yəmən Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli Əlhusi sonra belə deyib: Əmirliklərin, Yəmənə qarşı savaş koalisiyasının fəal üzvündən biri kimi, koalisiyanın tabeliyində olan hərbçilərin terrorçu olmalarına dair rəsmi etirafı sübut etdi ki, Amerika, ərəbistan, onların müttəfiqləri, həmçinin onlara dəstək verən şəxslər terrorçudurlar.

Əmirliklərin cümə axşamı günü Yəmənin cənubundakı Ədən və Zəncbar şəhərlərində yerləşən bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadiyə sadiq qüvvələrə qarşı hava hücumunda azı 300 nəfər ölüb və yaralanıbdır.

Yəmənin istefa vermiş hökumətinin BMT-dəki nümayəndəsi Abdullah Əlsəədi də əmirliklərin, əbu-dəbinin dəstəyindən yararlanan Cənubi Yəmən keçid şurasının hərəkətlərindən irəli gələn nəticələrdə və hava hücumlarında məsuliyyət daşıdığını bildirib.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Teqlər

Şərhlər