Aug 31, 2019 19:13 Asia/Baku
  • "Qayıdış haqqı" yürüşünün davam etdirilməsinə təkid olunub

"Qayıdış haqqı" yürüşü və Qəzzə zolağının mühasirəsinin aradan qaldırılması üzrə ali milli komitə fələstinlilərin hədəflərinin tam şəkildə reallaşmasınadək bu yürüşün davam etdirilməsini istəyib.

"Qayıdış haqqı" yürüşü və Qəzzə zolağının mühasirəsinin aradan qaldırılması üzrə ali milli komitə dünən gecə "şəhidlərə sədaqət" adlı son cümə yürüşündə geniş iştirakına görə, bu bölgənin əhalisinə təşəkkür edərək, onları "daxili cəbhəni himayə" adı altında keçiriləcək gələnhəftəki yürüşdə iştiraka çağırıb.

Bu komitə 72-ci "Qayıdış haqqı" yürüşünün yekun bəyanatında mühasirənin sındırılması və zalımcasına tədbirlərin aradan qaldırılması yolu ilə Fələstin xalqının müqavimətinin gücləndirilməsi və milli birliyin bərpasının sürətləndirilməsini vurğulayıb.

"Şəhidlərə sədaqət" adı altında Qəzzə zolağında keçirilən 72-ci "Qayıdış haqqı" yürüşündə sionist rejim hərbçilərinin atəşləti nəticəsində azı 75 fələstinli yaralanıbdır.

Teqlər

Şərhlər