Sen 01, 2019 11:52 Asia/Baku
  • Sionist rejim sionist qəsəbə sakinlərindən sığınacağa getmələrini istəyib
    Sionist rejim sionist qəsəbə sakinlərindən sığınacağa getmələrini istəyib

İnformasiya mənbələri bildiriblər ki, sionist rejim işğal olunmuş ərazilərin şimalındakı qüvvələrini hazır vəziyyətə çağıraraq, sionist qəsəbə sakinlərindən sığınacağa getmələrini istəyib.

Belə bir halda, sionist rejim ordusu bir bəyanatda bildirib ki, bu rejimin quru, hava, dəniz və kəşfiyyat qüvvələri işğal olunmuş ərazilərin şimalında müxtəlif ssenarilər üçün öz hazırlıqlarını artırıblar.

Sionist rejim ordusu həmçinin Livan sərhədinə daha çox qüvvənin göndərilməsindən xəbər verib.

Sionist rejim pilotsuzları son həftələr ərzində bir neçə dəfə Livanın hava məkanını pozublar.

Livan rəsmiləri sionist rejimin təcavüzkar hərəkətlərinə reaksiyada vurğulayıblar ki, sionist rejimə kəskin cavab verəcəklər.

Teqlər

Şərhlər