Sep 01, 2019 20:42 Asia/Baku
  • Əbdussəlam: Səudiyyə təcavüzkarları əsirlər həbsxanasına hücum edərək, öz vəhşiliklərini sübut etdilər
    Əbdussəlam: Səudiyyə təcavüzkarları əsirlər həbsxanasına hücum edərək, öz vəhşiliklərini sübut etdilər

Yəməndə Ənsarullah hərəkatının sözçüsü təcavüzkar səud koalisiyasının Yəmənin Əlməqsuf zindanına qarşı hava hücumu kimi cinayətinə reaksiyada deyib ki, səud təcavüzkarları əsirlər zindanına hücum edərək, öz vəhşiliklərini sübut etdilər.

Ənsarullah hərəkatının sözçüsü Muhəmməd Əbdussəlam bildirib ki, təcavüzkar səud-amerikan koalisiyası Zumar əyalətində məhbuslara bağlı alçaq hərəkət törədibdir. O, deyib: Səud koalisiyasının Əlməqsuf zindanına hücumu elə bir halda həyata keçiriliibdir ki, bu bölgə mülkilərin yaşadıqları bir məkandır.

Əbdussəlam əlavə edib: Səud-amerikan təcavüzü belə bir mesajı verir ki, Yəmən vətəndaşlarının həyatı olduqları məkanlardan asılı olmayaraq, səud koalisiyası üçün dəyərsizdir.

Zumar şəhərinin zindanında 170 əsir var idi və bu hücumlar zindan binasını tamamilə dağıdıbdır.

Yəmən səhiyyə nazirliyi bildirib ki, təcavüzkar səud koalisiyasının bu gün Yəməndəki Əlməqsuf zindanına qarşı hava hücumunda indiyədək 185 nəfərdən çox insan ölüb və yaralanıbdır.

Teqlər

Şərhlər