Sep 02, 2019 08:49 Asia/Baku
  • Təcavüzkar koalisiya öz tərəfdarlarının qanlarının tökülməsini də rəva bilir
    Təcavüzkar koalisiya öz tərəfdarlarının qanlarının tökülməsini də rəva bilir

Yəmən Ənsarullah hərəkatının baş katibi səud koalisiyasının Zumar əyalətində yerləşən hərbi əsirlər zindanına qarşı hücumunu pisləyib və belə deyib: Bu cinayət göstərir ki, təcavüzkar koalisiya bütün Yəmən xalqının və hətta öz tərəfdarlarının qanlarının tökülməsini də rəva bilir

Yəmən Ənsarullah hərəkatının baş katibi Əbdulməlik Bədrəddin dünən bir çıxışda deyib: Düşmənlərin hərbi əsirlərə qarşı cinayəti təcavüzkar koalisiyanın başını itirməsi, küdurəti, etik pozğunluğu və insanlıqdan uzaq hərəkətindən, həmçinin onun çıxılmaz vəziyyətə düşməsindən xəbər verir.

Səud koalisiyasının qırıcıları dünən səhər tezdən azı yeddi dəfə Zumar əyalətinin şimalını, o cümlədən bu məntəqədə yerləşən zindanı bombaladılar. Yəmənin səhiyyə nazirliyi bu hücumda ölən və yaralananları sayını 185 nəfər elan edibdir.

Əlhusi Yəmənin cənubundakı olaylara da işarə edib və belə deyib: Ədən və Şəbuhdakı son hadisələr göstərdi ki, səud koalisiyası öz hədəflərinə çatmaq üçün nə cür yerli xəyanətkarlardan istifadə edir. Xəyanətkarlar, həmçinin öz istiqlaliyyət və ləyaqətlərini satan kəslər də bilsinlər ki, son dərəcə çarəsiz və acizdirlər.

 

Teqlər

Şərhlər