Sep 07, 2019 19:04 Asia/Baku
  • Bəhreynli şiə ruhanilər ali-xəlifə rejimi tərəfindən həbs olunublar
    Bəhreynli şiə ruhanilər ali-xəlifə rejimi tərəfindən həbs olunublar

Bəhreyn rejimi məhərrəm ayında şiələrə qarşı məhdudiyyətlər tətbiq etməsinin davamında hüseyniyyələrin xitabətçilərini çağırtdıraraq, onlardan iki nəfəri həbs edibdir.

Ali-xəlifə rejiminin məsul şəxsləri dünən Şeyx Munir əl-Məətuq, Zəhir əl-Xal, Cabir əl-Şəhrkani, İsa əl-Mumin və Muhəmməd Əli əl-Məhfuz adlı daha beş şiə ruhanini çağırtdırıblar.

"Mərat əl-Bəhreyn" informasiya vebsaytı bildirib ki, bəhreynin xəfiyyə başçıları məhərrəm ayının başlanmasından bəri 14 şiə ruhani və beş mədhiyyəçini, eləcə də hüseyniyyələrin başçılarından iki nəfəri çağırtdırıblar.

Teqlər

Şərhlər