Sep 09, 2019 11:12 Asia/Baku
  • Dəməşq ABŞ və Türkiyənin Suriyanın şimalındakı hərəkətlərini pislədi
    Dəməşq ABŞ və Türkiyənin Suriyanın şimalındakı hərəkətlərini pislədi

Suriya xarici işlər nazirliyi ABŞ və Türkiyənin quru qoşunlarının bu ölkənin şimalında, Fərat çayının şərqində patrul keçmələrini pisləyib.

Suriya xarici işlər nazirliyi dünən bir bəyanatda Amerika və Türkiyənin birgə hərəkətini beynəlxalq qanunların və Suriyanın suverenliyinin aşkar şəkildə pozulması və onda məqsədi, Suriya ordusunun terror qruplarını məhv etmək sahəsindəki döyüş nailiyyətlərinin reallaşmasından sonra bu ölkədəki böhranı mürəkkəbləşdirmək və uzatmaq adlandırıb.

Bundan öncə Türkiyənin müdafiə naziri Xulusi Akar Suriyanın şimalında təhlükəsiz məntəqənin yaradılması barədə bildirmişdi ki, bu ölkə və Amerika qüvvələrinin Suriyanın şimal-şərqində təhlükəsiz məntəqənin yaradılması üçün birgə patrul keçmələri bazar günündən başlanacaq.

Ankara və Vaşinqton avqustun yeddisində razılaşdılar ki, Suriyanın şimal-şərqində təhlükəsiz məntəqə yaratsınlar. İki tərəf həmçinin müştərək əməliyyatlar mərkəzinin yaradılması barədə razılığa gəlib. Suriya hökuməti daim Amerika və Türkiyənin bu hərəkətləri ilə öz müxalifətini bildiribdir.

 

Teqlər

Şərhlər