Sep 09, 2019 12:31 Asia/Baku
  • Livan Hizbullahı sionist rejimin təcavüzkar pilotsuzunu vurub
    Livan Hizbullahı sionist rejimin təcavüzkar pilotsuzunu vurub

Livan Hizbullahı bu ölkənin cənubunda sionist rejimin bir ədəd təcavüzkar pilotsuzunun vurulmasından xəbər verib.

Livan Hizbullahı hərəkatı bir bəyanat yayaraq bildirib: Bir ədəd sionist rejim pilotsuzu Livan ilə işğal olunmuş Fələstin arasındakı sərhədlərdən keçərkən münasib bir silahla hədəfə alınaraq, vuruldu.

Livan Hizbullahının bəyanatında deyilir: Sionist pilotsuz Livanın cənubundakı Ramiyyə qəsəbəsinin üzərində vurulubdur.

Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah bundan öncə sionist rejim ordusuna xəbərdarlıq edərək bildirmişdi ki, öz pilotsuzlarına Livanın suverenliyini pozmaq icazəsinin veridliyi zaman başa çatıdbr.

Avqustun 25-də də sionist rejimin iki ədəd təcavüzkar pilotsuzu Beyrutun cənubunda Livanın hava məkanını pozduqdan sonra Zahiyyə məntəqəsində vuruldu. Seyyid Həsən Nəsrullahın sözlərinə görə, onların hər biri tapşırığı yerinə yetirməzdən öncə vurulubdur.

Şərhlər