Sep 09, 2019 20:01 Asia/Baku
  • Qəzzə zolağının əhalisi sionist rejim məhbəsində şəhid olmuş fələstinli əsirlə həmrəylik məqsədilə aksiya keçirib
    Qəzzə zolağının əhalisi sionist rejim məhbəsində şəhid olmuş fələstinli əsirlə həmrəylik məqsədilə aksiya keçirib

Qəzzə zolağının əhalisi sionist rejim məhbəsindəki zindan işçilərinin diqqətsizlikləri üzündən xəstəliyin şiddəti nəticəsində şəhid olmuş fələstinli əsir Bəsam Əlsayih ilə həmrəylik aksiyası keçirib.

Fələstin əsir fondu da Bəsam Əlsayihin şəhadətinə reaksiya verib və bu hadisəni həbsdə olan əsirlərin tibbi ehtiyaclarına diqqətsizliyin nəticəsi adlandırıb. Əsir fondu sonra bildirib ki, bu hadisənin tam məsuliyyəti işğalçı rejim zindanlarının müdiriyyətinin üzərinə düşür.  Fələstin müqavimət hərəkatları da həbsdə olan fələstinli əsirlərin ehtiyaclarına diqqətsizliyi pisləyiblər.

Əlsayihin şəhadəti işğalçı rejimin məhbəslərindəki digər əsirlərin reaksiyası ilə üzləşibdir. Müxtəlif fələstinli təşkilat və mərkəzlər də xalqdan istəyiblər ki, yürüş, aksiya və toplantılar keçirərək, bu şəhidin xatirəsini yad etsin.

 

Şərhlər