Sep 10, 2019 13:12 Asia/Baku
  • Nəsrullah: Müqavimət mehvəri Amerika və sionist rejimin təzyiqlərinə təslim olmayacaq

Livan Hizbullahının baş katibi müqavimət mehvərinin Amerika və sionist rejimin təzyiqləri qarşısında dayanmasına təkid edərək, deyib: Nə sanksiya, nə yoxsulluq, nə də ki, aclıq müqavimətin iradəsinə xələl gətirə bilməz.

Seyyid Həsən Nəsrullah dünən gecə Beyrutun cənubundakı Zahiyyə məntəqəsində Hüseyn Tasuası münasibətilə etdiyi çıxışında ABŞ prezidentinə və sionist rejimin baş nazirinə xitab edərək, deyib: Biz bütün təhdid və xətərlərə, o cümlədən sanksiyaların şiddətlənməsinə rəğmən, İmam Hüseyn(ə)-ın yolunda addımlamaq üçün öz əzmkarlığımızı toplamışıq və düşmənlərə qarşı böyük bir döyüşü davam etdirəcəyik.

Livan Hizbullahının baş katibi Amerikanın İran xüsusiyyət təşkil etməklə müqavimət mehvərinə qarşı zalımcasına sanksiyaları haqda belə deyib: Trampa və Netanyahuya sübut olacaqdır ki, biz elə xalqıq ki, Həzrət İmam Hüseyn(ə)-ın yolunu getməklə heç bir mühasirə və sanksiya bizim iradəmiz və əzmkarlığımıza təsir göstərməyəcəkdir.

Seyyid Həsən Nəsrullah Livan müqavimətinin İslam İnqilabının Böyük Rəhbərinin göstərişlərinin ardınca getməsinə işarə edərək, deyib: Bu gün Amerika, sionist rejim və onların əlaltıları bizim xeymə məkanımızı və mehvərimizi mühasirə etmək istəyirlər, amma bu xeymə məkanının komandanı İmam Xamenei və bu xeymə məkanının mərkəzi, İran İslam Respublikasıdır ki, mühasirə, aclıq və müharibə ilə təslim olmayacaq və biz qanımızın son damlasınadək onu himayə edəcəyik.

Teqlər

Şərhlər