Sep 10, 2019 13:13 Asia/Baku
  • Qəzzədə sionist rejimin bir pilotsuzu məhv edilib

İnformasiya mənbələri fələstinli müqavimət qüvvələri tərəfindən Qəzzə zolağında sionist rejimin bir ədəd pilotsuzunun məhv edilməsindən xəbər veriblər.

Əlməyadin telekanalının məlumatına görə, fələstinli müqavimət qüvvələri dünən axşamçağı sionist rejimin bu pilotsuzunu Qəzzə zolağında yerləşən Rəfəh şəhərinin şərqində aşkar edərək, hədəfə alıblar.

Sionist rejim ordusu bu hadisəni təsdiq edib.

Əlaləm telekanalının məlumatına görə, sionist medialar bildiriblər ki, fələstinli müqavimət qüvvələri Rəfəhin üzərində bir sionist pilotsuzunu vurduqdan sonra onu ələ keçirə biliblər.

Bu gün səhər də Livan Hizbullahı bu ölkənin cənubundakı Ramiyə qəsəbəsinin üzərində sionist rejimin bir ədəd təcavüzkar pilotsuzunu hədəfə almasından xəbər verib.

Avqustun 25-də də Livan Hizbullahının hava hücumundan müdafiə qüvvələri sionist rejimin iki ədəd təcavüzkar pilotsuzunu Beyrutun cənubunda yerləşən Zahiyyə məntəqəsində vurmuşdular.

Teqlər

Şərhlər