Sep 10, 2019 19:54 Asia/Baku
  • Vurulmuş sionist rejim PUA-sı İzzəddin Qəssam batalyonlarının əlinə keçib

Fələstin İslami Müqavimət Hərəkatı-Həmas-ın hərbi qolu- İzzəddin Qəssam batalyonları bildirib ki, bu gün səhər tezdən Rəfəhin şərqində vurulmuş sionist rejim PUA-sı onların əlinə keçibdir.

Əlməyadin telekanalının məlumatına görə, İzzəddin Qəssam batalyonları bir bəyanatda bildirib ki, bu pilotsuz istilik kameralarına malikdir və xüsusi əməliyyat keçirərkən müqavimət qüvvələrinin əlinə keçibdir.

İzzəddin Qəssam batalyonları vurğulayıb ki, bir daha düşmənin məqsədləri aşkar edilərək, hərəkətləri zərərsizləşdirildi.

Sionist rejim ordusu da bu rejim PUA-nın Qəzzə zolağında süqutunu təsdiq edibdir.

Dünən səhər də Livan Hizbullahı bu ölkənin cənubundakı Ramiyə qəsəbəsinin üzərində sionist rejimin bir ədəd təcavüzkar pilotsuzunu hədəfə almasından xəbər verib.

Avqustun 25-də də Livan Hizbullahının hava hücumundan müdafiə qüvvələri sionist rejimin iki ədəd təcavüzkar pilotsuzunu Beyrutun cənubunda yerləşən Zahiyyə məntəqəsində vurmuşdular.

Teqlər

Şərhlər