Sep 11, 2019 19:04 Asia/Baku
  • Müqavimət qüvvələri Netanyahuya zərbə vurmaq üçün yeni üsullar seçiblər
    Müqavimət qüvvələri Netanyahuya zərbə vurmaq üçün yeni üsullar seçiblər

Hər dəfə Netanyahu Livan və Fələstinin müqavimət qüvvələri qarşısında sıxıntıya düşərkən müqavimət də ona və işğalçıların təhlükəsilziyinə zərbə vurmaq üçün ən yeni üsula əl atır.

Bu səhnəni müqavimət qüvvələri yaradıblar.

Netanyahu seçkilərdən bir həftə öncə Əsqəlanda öz tərəfdarları qarşısındakı təbliğat çıxışını müqavimət raketlərinin qorxusundan yarımçıq qoyaraq, səhnədən qaçdı və onları təhlükə siqnalı ilə tənha qoydu.

m.k- Fələstin xalqına qarşı bu bombardmanlar Netanyahunun müqavimət raketlərindən qaçmasının intiqamını almaq üçündür. Bu səhnə onun tərəfdarları qarşısındakı imicini son dərəcə pozdu. O, itirilmiş abrını bu bombardmanlarla qaytarmağa can atır. Biz Netanyahuya seçkilərdə özünü göstərmək icazəsi verməyəcəyik.

Netanyahu bu təsviri özünün sosial şəbəkələrdəki səhifələrindən silibdir ki, bu hərəkət, müqavimət qüvvələri qarşısındakı acizliyinə görə, ona qarşı tənqidləri artırıbdır. Netanyahu itirilmiş abrının əvəzini çıxmaq üzrə cəhd və intiqamda müqavimət bazalarının bombalanması göstərişini veribdir.

m.k- Bu təsəvvür nəinki yalnız Netanyahu üçün, həm də sionist rejimin bütün başçıları üçün təhqiramizdir. Məncə, müqavimət qüvvələri Netanyahuya ağır zərbə endiriblər.

Şərhlər