Sep 12, 2019 12:52 Asia/Baku
  • Livan Hizbullahı Netanyahunun qərb sahili barədəki sözlərini pisləyən bəyanat yayıb
    Livan Hizbullahı Netanyahunun qərb sahili barədəki sözlərini pisləyən bəyanat yayıb

Livan Hizbullahı sionist rejimin baş naziri Benyamin Netanyahunun qərb sahilinin geniş miqyasda məntəqələrini və İordan dərəsini yəhudiləşdirmək üzrə qərarını pisləyib.

Livan Hizbullahı bir bəyanatda bildirib: Sionist rejimin baş nazirinin qərb sahilinin geniş miqyasda məntəqələrini və İordan dərəsini yəhudiləşdirmək üzrə qərarı Fələstin xalqına qarşı təcavüzkar bir hərəkətdir. Bu xalq öz ərazisinə qarşı hər cür təcavüz qarşısında müqavimət üçün tam haqqa malikdir.

Hizbullah vurğulayıb ki, sionist rejim tərəfindən hər bir yəhudiləşdirmə hərəkəti əbəs bir hərəkətdir və onunla mübarizə aparacaq və onu uğursuz qoyacaqdır.

Livan Hizbullahının bəyanatında sonra deyilir: Fars Körfəzi ətrafındakı ərəb ölkələrinin sionist düşmənlə müttəfiqlik üzrə səyləri və münasibətlərin adiləşdirilməsi üzrə addımları səbəb olubdur ki, Netanyahu daha çox ərəb torpaqlarına yiyələnmək fikrinə düşmüş olsun.

 

Şərhlər