Sep 12, 2019 12:53 Asia/Baku
  • Həşduşşəbi bir PUA-nı məhv edib
    Həşduşşəbi bir PUA-nı məhv edib

İraq xalq səfərbər qüvvələr təşkilatı- Həşduşşəbi bildirib ki, bu ölkənin Dialə vilayətində bir hücumçu pilotsuzu vurubdur.

İraq xalq səfərbər qüvvələr təşkilatı qeyd edib ki, bu PUA İraqın ordu qüvvələrinə hücum etmək niyyətində olubdur.

İraq xalq səfərbər qüvvələr təşkilatı dünən səhər də bir hücumçu pilotsuza tərəf zenit raketinin atılmasından xəbər vermişdi.

İraq xalq səfərbər qüvvələr təşkilatı- Həşduşşəbi-nin tabeliyində olan hərbi qərargahlar son həftələr ərzində bir neçə dəfə hücuma məruz qalıblar.

İraq xalq səfərbər qüvvələr təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndis bir bəyanatda bildiribdir ki, bu hadisələrin arxasında Amerikanın və sionist rejimin əlləri durur və bu cür hücumların təkrar ediləcəyi halda onunla mübarizə aparılacaqdır.

Amerika və sionist rejim İraq xalq səfərbər qüvvələr təşkilatının bölgədə terror qrupları ilə mübarizədəki uğurlarından sonra bu təşkilata qarşı təzyiqi şiddətləndirmək üzrə səylərini artırıblar.

 

Teqlər