Sep 12, 2019 20:33 Asia/Baku
  • Livan şiələrinin baş məclisi Netanyahunun son qərarına reaksiya verib
    Livan şiələrinin baş məclisi Netanyahunun son qərarına reaksiya verib

Livan şiələrinin baş məclisi sionist rejimin baş nazirinin qərb sahilinin bəzi hissələrinin işğal olunmuş ərazilərə qatılmasına dair seçki vədini pisləyib.

Livan şiələrinin baş məclisinin sədri Əbdulamir Qəbəlan deyib: Sionist rejimin baş nazirinin seçki vədi bu nəhs rejimin işğalçılıq xislətinin davam etməsi və BMT qətnamələri və beynəlxalq qanunlar ilə təzad təşkil etməsinin nişanəsidir.

Livan şiələrinin baş məclisinin sədri beynəlxalq təşkilatların sionist rejimin işğal edilmiş ərazilərdəki qəsbkarlıq siyasətinə ciddi reaksiya göstərmələrini istəyib.

Teqlər

Şərhlər