Sep 13, 2019 07:39 Asia/Baku
  • Livan İslam Müqaviməti sionist rejim PUA-nı vurdu

Livan İslam Müqaviməti Hərəkatının hava hücumundan müdafiə qüvvələri sionist rejimin casusluq pilotsuzunu məhv ediblər.

Livanlı mənbələr dünən bildiriblər ki, “Heron TP” tipindən olan sionist rejim pilotsuzu Livanın cənubunda yerləşən Əlnəbətiyyə vilayətinin Ələdisə qəsəbəsinin üzərində uçurmuş.

Sionist rejim son zamanlar Livan İslam Müqaviməti ilə döyüşdə pilotsuzdan istifadə edir.

Bu rejim avqustun 25-də iki ədəd PUA ilə Beyrutun cənubunda yerləşən Zahiyə məntəqəsinə hücum etdi. Amma bu hücumda həmin iki pilotsuz məhv edildi.

Üç gün bundan öncə də sionist rejimin bir ədəd pilotsuzu Livanın cənubundakı Ramiyyə məntəqəsində vurulmuşdu.

 

Teqlər

Şərhlər