Sep 13, 2019 12:38 Asia/Baku
  • UNICEF Qəzzədə fələstinli uşaqların qırğın edilmələrini pisləyib

BMT-nin uşaq fondu- YUNİSEF(UNICEF)-in icra müdiri dünən gecə bir bəyanatda sionistlərin Qəzzə zolağında iki fələstinli uşağı şəhid etmək üzrə cinayətlərini pisləyib.

Henrietta For bu cinayəti pisləyərək, sionist rejimdən istəyibdir ki, fələstinli uşaqlara qarşı hücumlarına son qoysun.

Ötən cümə günü sionist rejim hərbçilərinin Qəzzə zolağında 73-cü “Qayıdış haqqı” yürüşünün iştirakçılarına tərəf atəş açmaları nəticəsində iki fələstinli uşaq şəhid oldu, 76 nəfər də yaralandı.

Dinc mahiyyətli “Qayıdış haqqı” yürüşü “yer günü” münasibətilə 2018-ci il martın 30-dan Qəzzə zolağında başlanıb və indi də davam etməkdədir.

İran İslam Respublikası daxil olmaqla bir çox ölkə, həmçinin beynəlxalq təşkilatlar sionistlərin bu cinayətlərini pisləyiblər.

 

Teqlər

Şərhlər